adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Fevral 2020 16:58
13441
SİYASƏT
A- A+

MSK 7 seçki məntəqəsinin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 34 saylı Xətai ikinci dairə seçki komissiyasından daxil olan müraciətə baxılıb.

Müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

O bildirib ki, müraciət edənlər iclasda iştirak etmək istəklərini ifadə ediblər. MSK sədri müraciət edənlərin iclasda iştirakını təmin edib.

İ.Şahbazov deyib ki, müraciət edən şəxslər pozuntulara dair 35 protokol və videogörüntü təqdim ediblər.

Bu protokollardan yalnız 8-i orjinal olub, digərləri isə surəti çıxarılandır. Araşdırma nəticəsində həmin diarənin 7 məntəqəsinin nəticələri etibarsız hesab olunub. İclasda qərar səsverməyə çıxarılaraq şikayət qismən təmin edilib.

Qeyd edək ki, 34 saylı Xətai ikinci dairə seçki komissiyasından lider namizəd Mixail Zabelindir.