MSK 7 seçki məntəqəsinin nəticələrini ləğv etdi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 34 saylı Xətai ikinci dairə seçki komissiyasından daxil olan müraciətə baxılıb.
Müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.
O bildirib ki, müraciət edənlər iclasda iştirak etmək istəklərini ifadə ediblər. MSK sədri müraciət edənlərin iclasda iştirakını təmin edib.
İ.Şahbazov deyib ki, müraciət edən şəxslər pozuntulara dair 35 protokol və videogörüntü təqdim ediblər.
Bu protokollardan yalnız 8-i orjinal olub, digərləri isə surəti çıxarılandır. Araşdırma nəticəsində həmin diarənin 7 məntəqəsinin nəticələri etibarsız hesab olunub. İclasda qərar səsverməyə çıxarılaraq şikayət qismən təmin edilib.
Qeyd edək ki, 34 saylı Xətai ikinci dairə seçki komissiyasından lider namizəd Mixail Zabelindir.
Digər Xəbərlər
18 Aprel 2024 16:39
"Fransa demokratik ideyaları məhv edir" - Səməd Seyidov
18 Aprel 2024 16:23"Fransa öz gözündəki tiri görmək istəmir" - Deputat
18 Aprel 2024 15:50"Xankəndinin azadlığı Yeni Kaledoniyanın müstəmləkədən qurtulmasına zəmanət verir" - Komitə sədri
18 Aprel 2024 13:58Azərbaycan və Yeni Kaledoniya parlamentləri memorandum imzaladı
18 Aprel 2024 10:48