adalet.az header logo
  • Bakı 21°C
17 Fevral 2020 16:48
14175
SİYASƏT
A- A+

Bir neçə dairə üzrə müraciətlər etibarsız sayıldı - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar müraciətlərə baxılır.

Müraciətlər barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, 88 saylı Göyçay, 51 saylı Qusar, 42 saylı Sumqayıt ikinci, 41 saylı Sumqayıt birinci, 20 saylı Nərimanov ikinci, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən daxil olan müraciətlər müvafiq olaraq DSK-lara geri göndərilib.

A.Muxtarova əlavə edib ki, 16 saylı Yasamal ikinci, 73 saylı Lənkəran şəhər, 121 saylı Laçın, 98 saylı Şəmkir şəhər dairə seçki komissiyaları ilə bağlı müraciətlər qanunla müəyyənləşmiş vaxtdan gec edildiyi üçün etibarsız sayılıb.

Bundan başqa, 34 saylı Xətai ikinci dairə seçki komissiyasından daxil olan müraciətə baxılıb. Müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. O bildirib ki, müraciət edən şəxslər iclasda iştirak etmək istəklərini ifadə ediblər. MSK sədri müraciət edənlərin iclasda iştirakını təmin edib.