adalet.az header logo
  • Bakı 12°C
17 Fevral 2020 16:18
66140
MƏDƏNİYYƏT
A- A+

"Forum Teatr" layihəsi başa çatıb

10 - 13 fevral 2020-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər Fondunun XIII Qrant müsabiqəsi çərçivəsində qalib olan "Forum Teatr" layihəsi baş tutub. Layihə rəhbəri Aytac Məmmədova bildirib ki, layihənin məqsədi gender bərabərsizliyi, nifrət nitqi və diskriminasiya hallarından qaynaqlanan problemlərin və onların həll yollarının forum teatr metodu vasitəsilə öyrənilməsi və cəmiyyətə çatdırılmasıdır.

Layihə "İrəli" İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Layihənin ilk üç günündə"Gender bərabərliyi" , "Nifrət nitqi", "Forum teatr metodu ilə tanışlıq" mövzularında təlimlər keçirilib, sonuncu günü isə iştirakçılar tərəfindən qeyd olunan mövzular üzrə forum teatr səhnəcikləri nümayiş olunub. Sonda layihə iştirakçılarına şəhadətnamələr təqdim edilib.