adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Fevral 2020 16:16
28615
İQTİSADİYYAT
A- A+

Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb

2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 12,06 faiz artaraq 22,307 milyon dollar təşkil edib.

Bu barədə Adalet.az-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2020-ci ilin yanvarında Türkiyənin kimyəvi məhsul ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 10,6 faiz artıb və 1,7 milyarda bərabər olub.

Yanvar ayında Türkiyənin kimyəvi məhsul ixracının payı ümumi ixracın 11,5 faizini təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı əvvəlki illə müqayisədə 5,07 faiz artaraq 322,295 miilyon dollara bərabər olub.