adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Fevral 2020 16:00
10029
HADİSƏ
A- A+

Lənkəranda 62 yaşlı qaynaqçının ölümü ilə bağlı cinayət işi başlandı

Lənkəran şəhərində usta faciəli şəkildə dünyasını dəyişib.

Adalet.az-ın məlumatına görə, hadisə şəhərin Qala Xiyabani küçəsi 8 ünvanında, Vaqif İsmayılova məxsus evdə baş verib. Şəhər sakini, 1958-ci il təvəllüdlü Nəhmət Məmmədov V. İsmayılova məxsus həyətdəki yarımtikilidə qaynaq işləri apararkən ehtiyatsızlıqdan yıxılıb. Ağır kəllə-beyin travması alan N.Məmmədov xəstəxanaya çatdırılsa da orada ölüb.

Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci( ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.