adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Fevral 2020 16:09
21559
ELM VƏ TƏHSİL
A- A+

İmtahanlarda zal nəzarətçisi olmaq üçün 1000-ə yaxın şəxs qeydiyyatdan keçdi

Bu il sentyabr ayından yenidən zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədi ilə qeydiyyat sistemi aktiv ediləcək.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə qeydiyyat ötən il avqust ayından başlanılıb və 947 nəfər qeydiyyatdan keçib. Namizədlərin elektron qeydiyyatı 31 yanvar 2020-ci ildə başa çatıb.

Qeydiyyatdan keçən namizədlər üçün təlimlər keçirilir. Təlimlər cari və növbəti həftələrdə davam edəcək. Təlimlərdən sonra namizədlər yekun test imtahanında iştirak edəcəklər. Yekun test imtahanından məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.