İmtahanlarda zal nəzarətçisi olmaq üçün 1000-ə yaxın şəxs qeydiyyatdan keçdi
Bu il sentyabr ayından yenidən zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədi ilə qeydiyyat sistemi aktiv ediləcək.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə qeydiyyat ötən il avqust ayından başlanılıb və 947 nəfər qeydiyyatdan keçib. Namizədlərin elektron qeydiyyatı 31 yanvar 2020-ci ildə başa çatıb.
Qeydiyyatdan keçən namizədlər üçün təlimlər keçirilir. Təlimlər cari və növbəti həftələrdə davam edəcək. Təlimlərdən sonra namizədlər yekun test imtahanında iştirak edəcəklər. Yekun test imtahanından məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.
Digər Xəbərlər
23 Aprel 2024 18:53
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Aprel 2024 16:57Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Aprel 2024 16:28Azərbaycan Prezidenti: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
22 Aprel 2024 12:26Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ!
19 Aprel 2024 17:35