adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Fevral 2020 09:18
43183
ŞOU-BİZNES
A- A+

Şəbnəm Tovuzludurmu?- O qızı tapın!

Son zamanların qalmaqallı müğənnisi Şəbnəm Tovuzlunun 22 il əvvəlki görüntüləri yayıldı.

Adalet.az xəbər verir ki, tanınmış aparıcı Zaur Kamal "İnstagram” səhifəsində 1998-ci ildə toydan çəkilmiş video paylaşıb.Aparıcı toyda ifa edən müğənnini tanımadığını yazıb.

Qeyd edək ki, Şəbnəm Əsədova(Tovuzlu) 19 Dekabr 1984 cü ildə Azərbaycanın dilbər güşələrindən biri olan Tovuz şəhərində dünyaya gəlib. Ş.Əsədova Tovuz mahalının sevilən aşıqlarından olmuş aşıq Səmədin nəvəsidir. Uşaq yaşlarından musiqiyə böyük həvəsi ilə seçilən Ş.Əsədova, sözügedən şəhərdə 85 saylı musiqi məktəbinin məzunu olub. 2006-cı ildən peşəkar müğənni kimi səhnəyə çıxan Şəbnəm "Sevənlər ölməz” və "Bəxt üzüyü” mahnıları ilə özünü geniş dinləyici auditoriyasına tanıdıb..


İzləyicilər ifaçının məşhur müğənni Şəbnəm Tovuzlu olduğunu bildiriblər.


Əntiqə Rəşid