adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Fevral 2020 14:15
27168
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: DƏRDİMİ...

Dərdimi -
Görüb, tanıyan olsa
Yolumu nişan verssin...
Sağ cinahda boşluqdu,
Solumu nişan versin...

Dərdimi -
Hələ kimsə almayıb,
Kəməndə də salmayıb...
Dizimdə güc qalmayıb -
Qolumu nişan versin...

Dərdimi -
Boşdu boxca və taxca
Solub çiçək , həm baxca...
Olub ürəyim dağca -
Dolumu nişan versin...

Dərdimi -
Deməyin qübarlanıb,
Sadəcə tumarlanıb...
Gəlibdi - xumarlanıb -
Ölümü nişan versin!