adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Fevral 2020 09:24
36465
ŞOU-BİZNES
A- A+

Şoubiznes aləmində toy-toya qarışdı: Yeniliklər var...

Ötən günlərin birində əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın Kənan adlı fitnes məşqçisi ilə şəhər restoranlarından birində toyu oldu. Baş tutanmərasimə şou-biznes nümayəndələri də qatıldı. Mediaya qapalı olan toydan bəzi görüntülər artıq sosial şəbəkələrdə paylaşıldı.

Daha sonra Xalq artisti Fidan Qasımovanın oğlu Fərid və Əməkdar artist Nahidə Orucovanın qızı Bilqeyisin toyu oldu.

Bu minvalla deyəsən 2020-ci il şou biznes aləmində toynişan ili kimi yadda qalacaq. Adalet.az xəbər verir ki, ötən gün xalq artisti Nəzakət Teymurovanın qızı Nigarın elçiliyi olub. Nigarın "hə" mərasimi baş tutub. Bu barədə xanəndə özü məlumat verib.


Övladının xoş günündən görüntüləri sosial media hesabında paylaşan ifaçı yazıb:

"Gözümün ağı-qarası bir qızım, xoşbəxt ol. Həri günün mübarək".

Elə yazı yekunlaşdırmaq istəyirdik ki, dedilər bir dənə də toy söhbəti var. Deyilənə görə, müğənni Minaya şəhərin mərkəzində evlilik təklifolunub.

Sevdiyi şəxs təklifi Minaya 14 fevral - "Sevgililər günü” edib.



"Malakan” bağında edilən təklifdən xəbərsiz olan Mina gördüklərindənheyrət içindəqalıb. İfaçının sevgilisi bu anı əbədiləşdirmək üçün evlilik təklifini kamera önündə edib. Düzdü, "Show News” səhifəsində paylaşılan videoya izləyicilərin əksəriyyəti inanmayıblar. Elə məndə təbriki yubandırdım. Yalan-gerçək bəziləri söz çıxarıb ki, onların bu görüntüləriklip çəkilişləri ilə əlaqədardı.

Əntiqə Rəşid