adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
17 Fevral 2020 10:10
10460
MƏMLƏKƏT
A- A+

Yol hərəkəti qaydalarının pozulmasının əsas səbəbləri açıqlanıb

Azərbaycanda ötən il ərzində baş verən yol hərəkəti qaydalarının pozulması əsasən sürət həddinin aşılması hesabına baş verib.

Trend-in məlumatına görə, 2019-cu il ərzində Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3 milyon 999,1 min olub.

Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 22,1 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,5 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 119,0 milyon manat məbləğində cərimələr tətbiq edilib.