adalet.az header logo
  • Bakı 13°C
17 Fevral 2020 00:03
20372
İDMAN
A- A+

Sərbəst güləşçi Aslanbek Alborov Avropa çempionatının bürünc medalını qazandı

Azərbaycan Millisinin sərbəst güləşçisi Aslanbek Alborov İtaliyada keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə bürünc medal qazanıb.

Trend-in məlumatına görə, yarışların yeddinci günündə fevralın 16-da sərbəst güləşçilər medallar uğrunda mübarizə aparıblar.

Aslanbek Alborov (92 kq) təsnifat mərhələsində macar güləşçisi üzərində qələbə qazanıb. Ancaq dörddəbir finalda Türkiyə pəhləvanına məğlub olub. Rəqib finala yüksəldiyi üçün son yarış günündə yenidən xalça üzərinə çıxan A.Alborov təsəlliverici qarşılaşmada yerli idmançı italiya təmsilçisini vaxtından əvvəl üstələyib. Azərbaycan idmançısı bürünc medal uğrunda gərgin keçən qarşılaşmada Gürcüstan güləşçisi İrakli Mtsituriyə 2:0 hesabı ilə qalib gələrək yarışda bürünc medala sahib olub.