adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2020 18:09
10339
MƏMLƏKƏT
A- A+

Bakıya qayıdan iki nəfərdə yüksək temperatur aşkarlandı

Dünən Türkiyənin paytaxtı Ankaradan Bakıya gəlmiş altıAzərbaycan vətəndaşından ikisində yüksək temperatur aşkarlanıb.

"Report”un məlumatınagörə, Heydər Əliyev Beynəlxalq Hava Limanında yüksək temperatur aşkarlanan Azərbaycan vətəndaşları 1 saylı Kliniki Tibbi Mərkəzə göndəriliblər. Hazırda onlar klinikadadırlar və həkimlər tərəfindən müayinə edilirlər. Onlar karantin bitənədək həkim nəzarəti altında olacaqlar.

Ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlayıb.

Xatırladaq ki, fevralın 1-də koronavirusun yayılma ocağı olan Çinin Uhan şəhərindən Türkiyə ordusuna məxsus təyyarə ilə həmin ölkə vətəndaşları ilə yanaşı, əksəriyyəti tələbələr olan altıAzərbaycan vətəndaşı da təxliyyə edilib.