adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2020 14:31
12586
GÜNDƏM
A- A+

Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 Azərbaycan vətəndaşında koronavirus şübhəsi yoxdur

Dünən Türkiyədən Azərbaycana gətirilərək 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 Azərbaycan vətəndaşında koronavirus şübhəsi yoxdur.

Bunu Trend-ə açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

Onun sözlərinə görə, həmin şəxslərdə yüksək hərarət aşkar edilməyib: "Cəmi 2 nəfər xəstəxanaya yerləşdirilib. Onlar artıq karantin müddətini keçəndən sonra Azərbaycana gətirilib və koronavirus şübhəsi yoxdur. Hərarətləri 37.3 dərəcə olub. Hazırda onlar müayinə edilirlər. Səhhətləri normallaşandan sonra evə buraxılacaqlar".

Xatırladaq ki, fevralın 1-də Çin Xalq Respublikasının Uxan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar təxliyə olunan və Ankaradakı doktor Zekai Tahir Burak Qadın Sağlığı Təhsili və Araşdırma Xəstəxanasında karantində olan Azərbaycan vətəndaşları ötən gün sözügedən xəstəxananı tərk ediblər və təyyarə ilə Bakıya yola salınıblar.