adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2020 13:03
9351
HADİSƏ
A- A+

Lənkəranda fəhlə iş zamanı xəsarət alaraq öldü

Lənkəranda ölüm hadisəsi baş verib.

"Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, Lənkəran şəhər sakini, Z.Əliyeva küçəsi 33 ünvanında yaşayan, qaynaqçı, 1958-ci il təvəllüdlüNəhmət Sərəng oğlu Məmmədoviş zamanı ehtiyatsızlıqdan 3-4 metr hündürlükdən yıxılıb. Nəticədə o, başından xəsarət alıb.

N.Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq, reanimasiya şöbəsində müalicə alan yaralının həyatını xilas etmək mümkün olmayıb. Mərhumun meyiti Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.