adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2020 11:57
14358
DÜNYA
A- A+

Ərdoğan ilə Tramp arasında telefon danışığı aparılıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Dövlət başçıları Liviyada sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıblar.

Görüşdə regional hadisələr, həmçinin ikitərəfli məsələlər müzakirə edilib.

Ərdoğan və Tramp Suriya rejiminin hücumlarının qəbuledilməz olduğunu qeyd edərək, Suriyanın İdlib bölgəsindəki böhranın tezliklə sona çatması barəsində fikir mübadiləsi aparıblar.

Bundan əlavə, Liviyada sülh və sabitliyin bərqərar olmasının vacibliyi vurğulanıb.