adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2020 11:37
16653
GÜNDƏM
A- A+

Paşinyanın “Qarabağ Azərbaycanın ərazisidir” deməsi Türkiyə mətbuatında - VİDEO

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr dünya mətbuatının da diqqət mərkəzindədir.

Türkiyənin məşhur "HaberGlobal” televiziyası sözügedən debatda Nikol Paşinyanın çaşaraq doğru fikir səsləndirməsi haqqında kiçik süjet hazırlayıb.

Qeyd edək ki, Paşinyan çıxışında "Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın ərazisidir” deyib.Dərhal isə "Armenia, sorry” deyərək vəziyyətdən çıxmağa çalışıb.

Həmin süjeti təqdim edirik: