adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2020 11:34
14125
DÜNYA
A- A+

Çində koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB

Çində koronavirusa yoluxanların sayı 68,5 min nəfərə çatıb. Onlardan 1665 nəfəri ölüb, 9419 nəfəri isə sağalıb.

RİA "Novosti” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

"Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə 31 əyalətdən daxil olan məlumata əsasən, artıq 68500 nəfərdə koronavirusun yeni tipinə yoluxma halı təsdiqlənib. Eləcə də hazırda 57416 nəfər (11 272 nəfərin vəziyyəti ağırdır) də xəstədir, 9419 nəfər xəstəxanalardan evə buraxılıb, 1665 nəfər ölüb”, - dövlət komitəsinin məlumatında bildirilir.

Honkonqda virusa 56 (bir nəfər ölüb, biri isə sağalıb), Makaoda 10 (onlardan üçü artıq xəstəxanalardan evə buraxılıb),Tayvanda 18 (biri sağalıb) yoluxma halı qeydə alınıb.

03:52

Çinin Hubey əyalətində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.

RİA "Novosti”nin məlumatına əsasən, bu barədə Regional Səhiyyə Komitəsi xəbər verib.

Bildirilir ki, Hubeydə koronavirusa yoluxmuş insanların sayı 56,2 min nəfəri ötüb, 139 yeni ölüm halı qeydə alınıb.

Ümumilikdə isə əyalətdə bu xəstəlikdən 1596 nəfər dünyasını dəyişib.

Regionda sutka ərzində virusa 1843 nəfər yoluxub, 849 nəfər isə sağalıb.