adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2020 10:23
17706
SİYASƏT
A- A+

“Paşinyan yalan danışır, mən elə söz deməmişəm” - Ayaz Mütəllibov

"Əlbəttə ki, mən belə söz deməmişəm. Bu iddia yalandır. Bəli, qeyd etmişdim ki, həmin dövrdə müxalifətin hərəkətləri nəticəsində Azərbaycanda daxili vəziyyət qarışıq idi”

Adalet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

O bildirib ki, nə vaxtsa Xocalı soyqırımını azərbaycanlıların törətdiyini deməsi ilə bağlı iddialar tamamilə əsassızdır: "Ermənistan tərəfi daim bu məsələni müzakirəyə çıxarır. Amma belə iddia həm də gülməlidir. Təbii ki, Prezident İlham Əliyev debatda Paşinyana tamamilə doğru cavab verdi”.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Ermənistanın baş naziri Nikol Paşinyan Xocalı soyqırımı barədə danışarkən, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova "istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyini iddia etsə də, Prezident İlham Əliyev buna qətiyyətlə cavab verərək, onun iddialarının əsassız olduğunu bildirib.