adalet.az header logo
  • Bakı 7°C
15 Fevral 2020 20:47
26669
KRİMİNAL
A- A+

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Soyğunçuluqda şübhəli bilinən paytaxt sakinləri E.Qafarov və S.Hidayətov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Nəhmətovanın içərisində pulu, sənəd və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri E.Qafarov və S.Hidayətov saxlanılıblar.