Ukraynadan Rumıniyaya təklif: Rusiyaya birgə müqavimət...
Ukrayna Rumıniyaya Qara dənizdəki ümumi təhdidlərə müqavimət üçün hərbi dəniz sferasında əməkdaşlığın gücləndirilməsini təklif edib.
Bunu Ukrayna Müdafiə naziri Aleksey Zaqorodnyuk öz Teleqram səhifəsində paylaşıb. O, Ukrayna və Rumıniya tərəflərinin Rusiyanın Qara dəniz regionundakı fəaliyyətindən narahat olduqlarını bildirib.
Onun sözlərinə görə, bu əməkdaşlıq təhdidlərə effektiv reaksiya verməyə yardım edəcək.