adalet.az header logo
  • Bakı 7°C
15 Fevral 2020 19:16
65474
TEXNOLOGİYA
A- A+

“YouTube” tarixində ən çox izlənən videolar - SİYAHI

"YouTube” tarixində ən çox izlənən videoların reytinqi hazırlanıb.

REN TV-nin xəbərinə görə, bu barədə siyahı "Newsweek” jurnalında dərc olunub.

Xəbərdə bildirilir ki, 2005-ci ildə ən çox izlənilən videolar arasında "trend” Braziliya millisinin futbolçusu Ronaldinyonun məşq görüntüləri olub.

2006-2007-ci illərdə isə ən çox "The Evolution of Dance” videosu baxış toplayıb. Bu videoda rəqqas Cadson Laypli XX əsrin əvvəllərində məşhur olan rəqslərin əsas hərəkətlərini ifa edib.

2008-ci ildəfenomen kanadalı müğənni Avril Lavinin "Girlfriend” klipi olub.

2009-cu ildə şəbəkədə ən çox izlənilən video britaniyalı ailədə uşağın qardaşının barmağını dişləməsi görüntüləridir.

Bunlardan başqa "YouTube”da Ledi Qaqanın "Bad Romance”, Castin Biberin "Baby”, PSY-nin "Gangnam Style” və Luis Fonsinin "Despacito” klipləri də ən çox izlənilənlər siyahısındadır.