adalet.az header logo
  • Bakı 7°C
15 Fevral 2020 17:13
7975
HADİSƏ
A- A+

Ağstafada maşın aşıb: Sürücünün anası ölüb

Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, fevralın 14-də saat 19 radələrində Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində rayon sakini F.İsmayılov idarə etdiyi "VAZ-21063” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinləri - anası Sara, arvadı və qızı xəstəxanaya yerləşdirilib, Sara orada ölüb.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.