Bakıda avtomobil qaçıran şəxs saxlanıldı
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini E.Kərimov avtomobillə birgə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, fevralın 13-də saat 22 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Bakı şəhər sakini İ.Tağızadəyə məxsus "Mercedes” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olub.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, ƏÇPA və 13-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Kərimov qeyd edilən avtomobillə birgə saxlanılıb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
18 Aprel 2024 18:19
Bakıda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana götürüldü - VİDEO
18 Aprel 2024 14:21Zəngilanda silah-sursat aşkarlandı
18 Aprel 2024 09:22Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı
17 Aprel 2024 19:41İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Aprel 2024 09:43