adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Fevral 2020 14:14
10644
GÜNDƏM
A- A+

Rövzət Qasımov: Bəzi namizədlər cəmiyyəti çaşdırır

Bəzi namizədlər seçilməmələri ilə bağlı öz emosiyalarını, fikirlərini cəmiyyəti çaşdıracaq formada ifadə edirlər.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bəzi namizədlər iddia edirlər ki, MSK onların müraciətinə baxmayıb: "Ancaq bu, yanlışdır, MSK daxil olan bütün müraciətlərə baxır, hətta MSK baxmalı olmadığı müraciətlər də daxil olduğu halda baxıb qərar verir”.

Qeyd edək ki, MSK-da fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı iclas keçirilir. İclasda MSK-ya daxil olan müraciətlərlə bağlı qərar qəbul ediləcək.