adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Fevral 2020 12:36
26386
KRİMİNAL
A- A+

Azərbaycandan 100 min dollar çıxartmaq istəyən şəxs saxlanıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə gedən vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib.

Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı baqajın içərisindəki sellofan paketlərdə olan iki ədəd şalvar, gödəkcə və üç ədəd corabın içərisində, ümumilikdə 100 000 ABŞ dolları aşkarlanıb.

Şəxsi yoxlama zamanı isə vətəndaşın üzərində olan şalvarının arxa cibindəki pul kisəsindən 1500 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.