adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Fevral 2020 23:25
12448
SİYASƏT
A- A+

Prezident İlham Əliyev Münhendə əfqanıstanlı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Bakının mötəbər tədbirlərin keçirildiyi məkan olduğu bildirilib. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib. Artıq Əfqanıstan yüklərinin Lapis-Lazuli marşrutu ilə Azərbaycan ərazisindən daşınıldığı qeyd edilib, gələcəkdə bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.

Həmçinin görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.