adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Fevral 2020 21:55
7594
HADİSƏ
A- A+

Ağstafada bir ailənin dörd üzvü qəzaya düşdü: Ölən və yaralılar var

Ağstafa rayonunda ölümlə nəticələnənyol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Qərb Mərkəzinin məlumatına görə,"VAZ-2106” markalı avtomobilin aşması nəticəsində 1959-cu il təvəllüdlü Sara Əsəd qızı İsmayılova aparıldığı xəstəxanada ölüb.

Qəzada xəsarət alanlar, 1987-ci il təvəllüdlü Gülnar Malik qızı İsmayılova, 1986-c il təvəllüdlü Fərrux Şöhrət oğlu İsmayılov və onun yeddi yaşlı oğlu xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən şəxslər yaxınlarının nişan mərasimindən qayıdırmış.