adalet.az header logo
  • Bakı 7°C
14 Fevral 2020 20:39
23168
İDMAN
A- A+

Rafael Ağayev yenidən finalda

Karate1 Premyer Liqa turnirinin BƏƏ-nin Dubay şəhərində keçirilən ikinci mərhələsi başlayıb.

Yarışın ilk günü altı kumite idmançımız – Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi - 67 kq), Rafael Ağayev (-75 kq), eləcə də Nuranə Əliyeva (-50 kq) və İlahə Qasımova (-55 kq) mübarizəyə qatılıb.

Bu idmançılardan yalnız ikisi medal qazana bilər. Belə ki, ötən ay Paris Premyer Liqa yarışında bürünc medal qazanmış Rafiz Həsənov bu dəfə də eyni əyarlı mükafat üçün mübarizə aparacaq. Onun bürünc medal uğrundakı rəqibi türkiyəli Burak Uyğur olacaq.

Beşqat dünya və onbirqat Avropa çempionumuz Rafael Ağayev isə finala çıxıb. O, növbə ilə xorvatiyalı İvan Martinatsı 3:0, Latviya təmsilçisi Ruslan Sadıqovu 4:1, türkiyəli Ərman Eltemuru 3:2 və iranlı Bəhmən Əsgərini 3:0 hesabı ilə məğlub edərək finalda yarışmaq hüququ əldə edib.

Ağayevin finaldakı rəqibi ikiqat dünya və beşqat Avropa çempionu italiyalı Luici Buza olacaq.