adalet.az header logo
  • Bakı 18°C
14 Fevral 2020 20:06
14255
DÜNYA
A- A+

Çində koronavirusa yoluxmuşları bu üsulla sağaltmağa başladılar

Çində koronavirusun yaratdığı sətəlcəmin müalicəsi üçün effektiv üsul işlənib. TASS-ın məlumatına görə, bu barədə Çinin Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsi məlumat verib.

Bildirilir ki, xəstələrə bu xəstəlikdən sağalan donorların qan plazması köçürülür. Bu üsul kritik vəziyyətdə olan 10-dan çox xəstəni xilas etməyə imkan verib, artıq 12-24 saatdan sonra onların vəziyyətlərində yaxşılaşma müşahidə olunub.

Sağalmağa doğru gedən xəstələrin qanında koronavirusla mübarizədə effektiv olan çoxlu sayda anticisimmüəyyən edilib.

Bildirilir ki, biomaterial virusun təsirsiz hala gəldiyi xüsusi prosedurdan keçirilir.