adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 Fevral 2020 19:40
24405
KRİMİNAL
A- A+

17 yaşlı gənc əmisini vurub, ölümünü gözlədi - ANBAAN VİDEO

Türkiyənin Qars bölgəsində 17 yaşlı gənc əmisini odlu silahla başından vuraraq qətlə yetirib.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

Hadisə Qarsın Kağızman rayonunda baş verib. Qarsın Qarabağ kəndində yaşayan 17 yaşlı A.D. Kağızman Dövlət Xəstəxanasında çalışan əmisi Mehmet D. adlı şəxsi qətlə yetirib. Cinayət anı təhlükəsizlik kameralarına düşüb.

Görüntülərdə qatilin koridorda əmisini gözlədiyi və ona arxadan yaxınlaşaraq atəş açdığı əks olunub. 17 yaşlı gənc atəş açdıqdan sonra əmisinin ölüb-ölmədiyini də yoxlayıb. O, hadisədən sonra əmisinin yanına heç kimin yaxınlaşmasına icazə verməyib və polis çağırılmasını istəyib. Polislər gəldikdən sonra isə təslim olub.