adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Fevral 2020 17:55
11535
GÜNDƏM
A- A+

Vilayət Eyvazov yeni rəis təyin etdi

Daxili işlər orqanlarında növbəti təyinat olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, kapitan Vüsal Alıyev Daxili İşlər Nazirliyinin Dəmiryol Nəqliyyatında Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi təyin edilib.

O, bundan əvvəl DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin baş inspektoru vəzifəsində çalışıb.