Əbülfət MƏDƏTOĞLU: SUYA OXUNAN DUA

ƏBÜLFƏT MƏDƏTOĞLU
51907 | 2020-02-18 09:08





















Adətimdi, hər səhəryuxudan oyanan kimi günümə şükür edib əlimi Tanrıya açıram. Və hətta bir şairduası da yazmışam. Yazmışam ki:

İlahi, əlimiaçmışam sənə

Dərddən uzaqolaq, kədərdən qaçaq...

Bütün gecələriiş avandlığı –

Bütün səhərlərixeyirlə açaq...

Bu mənimgünümün, anımın duasıdı. Onu öz-özümə də deyirəm, dörd divara da, ağaca da,daşa da, suya da. İçimdə də bir inam var ki, bütün dualar gec-tez qəbul olunur.Təbii ki, dua sahibləri istərlər ki, elə anındaca arzularına qovuşsunlar. Ammamən heç də o iddiada deyiləm. Ən azından ona görə ki, Tanrı bəndələri sırasındahələ neçə milyonuncu olduğumu dəqiqləşdirməmişəm. Bu sırada neçə milyardıncı bəndəolduğumu da bilmirəm. Ona görə də növbəyə girmək, növbəni pozmağa nə gücümyoxdu, nə də cəsarətim. Guya olsa nə edərəm ki? Allahdan böyük Allah yoxdu. Deməli,onun növbəsini də pozmaq qeyri-mümkündü. Bax, bu mənada duanın nə vaxt qəbul olunacağını Allahın ümidinəburaxmışam... Özüm isə dərdlərimin çözümü ilə günümü keçirirəm...

Günlər dəbir-birinin davamıdı aylar, illər kimi. Elə mən də bu bir-birinin davamı olangünlərimi ömrümə hopdurmaqla, üstəlik də ömrümüo günlərin yaddaşına köçürmək niyyəti ilə bir ipucundan tutub gedirəm. Vəhərdən də öz-özümə deyirəm ki:


Məni unutmağınbircə yolu var

O da ürəyimdəköçüb qalmaqdı...

Elə ürəyimin öz əllərilə-

Sıxıb ürəyimdənqisas almaqdı!..


Məni unutmağınbu bircə yolu

Özümdən-özümənağıl daşıyır...

Bilirsən,cismimdə gözləri dolu –

Almasın gözləyənümid yaşayır?!


O ümid ipucuatıbdı mənə

Onu çözə-çözə qəmdənçıxıram...

Xəyal qanadındadönürəm sənə -

Sənsiz günlərimicəmdən çıxıram!..

Hə, bax, buduripucu və budur ömrümə hopan günlərin mənə verdiyi ümid!.. Necə asi olum, necə şəkk gətirimbütün olanlara. Axı, hər şey göz önündədi - əzab da, vüsal da, sevgi də nifrətdə, lap elə sevən də, sevilən də!.. Hər şeyin bir müstəvidə olduğu məqamdaözünü ittihamdan başqa yol qalmır. Yəni günahı başqasında axtarmaq kimi sadə vəprimitiv üsuldansa, özündəki eyibi görmək daha dürüst seçimdi məncə. Onda biraz ,əzabı da sinirmək asan olar. Deməli, həm də özünü də tanımış olarsan. Bilərsənki, nəyin cəzasıdı və nəyə görə çəkirsən.

Bu məqamda yaddaşımdan ilham pərisinəünvanladığım bir şeirin həniri gəlib keçdi – duydum və xatırladım. O pəriyəyazmışdım ki:


Bənövşə təkaçıldın

Ürəyimin üstündə...

Gözlənilməz gəlişdə–

De, qız, nədi qəsdin,nə?!


Çaşdım, titrədisəsim

Əlim əsdi nanə tək...

Sən də çaşdındeyəsən –

Əlini telinə çək!


Qarşılaşanbaxışlar

Nəhayət ki, diltapdı...

Sənə etiraf edim–

Gözəl görməksavabdı!


Bu çaşqınlıq, butəlaş

Təbəssümdə ərisin...

Öpüm, ruhumlayavaş –

Mən bu ilham pərisin!

***

İndi qışın bu oğlançağında çox yerlərdə, o cümlədən doğulduğum Qarabağın bir güşəsində sulardonubdu. Qar, şaxta orda öz işini görür. Mən də xatirələrimin, yaddaşımın gücünəo yerləri gözümün önünə gətirib məhz arxada qalan günlərimi xatırlamağaçalışıram. Həyətimizdəki su xəttinin donduğu düşür yadıma. Onu ya qaladığımızhansısa bir odun, ya da qaynar suyun hesabına açmağa çalışırdıq. Donmuş gölməçələrinüstündən ehtiyatla keçirdik. Hətta çayın axmayan, hardasa bir maneənin hesabınalillənən nöqtəsində buzu sındırıb əlimizi daşların altına salıb balıq çıxarmağaçalışırdıq...

Bunlar indişirin bir xatirədi. Amma mən bu xatirəni yaddaşımı təzələmək üçün yox, bu günlərdəFəridə Rəhimlinin internet səhifəsində paylaşdığı qar dağı ilə bağlı gördüyüm mənzərəniniçimdə yaratdığı kədər və həsrət dolu nüanslarını yenidən yaşamaq üçün diqqətətəqdim edirəm. Məhz həmin o mənzərə bütünlüklə kəndimin qış günlərinin görüntüləriilə üst-üstə düşürdü. qar altında qalan ağaclar, hətta həyətin, evin qapısınıaçmağa imkan verməyən qar tarı bütünlüklə yaddaşımdakı ilə eyni idi. Ona görə dəsöz yazmaq imkanım mənə rahatlıq vermədi. Və bir də gördüm ki, misralarbir-birinin ardınca düzülüb:


Belə istəyirəmömrün qışını

Qar səssiz –durmadan yağa üstümə...

İlıq göz yaşı təksüzülüb bir az –

Hopa bələndiyimağa – üstümə!..


Heyrət sərhəddiniötüb keçə səs

Titrəyə bu səsdənqar tikən qəfəs!

Saçından bəyaztel ayıran bir kəs –

Onu al bayraq təktaxa üstümə...


Bu qar gerçəkdimi,yoxsa yuxumu

Görəndən gözümdənsilir yuxumu!

Bilir ürəyimi,bilir ruhumu –

Allahım, bu dəfəbaxa üstümə...


Hər yanağappaqdı gerçək sözü tək

Nurdu bu mənzərə,nurlu gözü tək...

Duman da o qızınelə özü tək –

Qalxa asta-astadağa – üstümə!


Əbülfət, sənindi qar havasında

Dinləndin buqarın tar havasında...

Qatıb bir-birinəyar, havasında –

Hopdura ruhuma,yaxa üstümə...

İndi gördünüzmü,niyə xatırladım qışı, şaxtanı?! Və bir də yəqin ki, bu xatırlamanın məni nə qədəriçimdən oynatdığını da hər halda duymuşolarsınız. Çünki yazdığım şeir yaşadığım həmin anın pıçıltıları idi. Deməli,özüm-özümlə danışmaqla bahəm, həm də sizlərənəyisə çatdırmağa çalışmışam. Lakin burda bir etirafı da edim ki, mən oqara, o şaxtaya üz tutub duamı demədim. Qorxdum ki, duam o qarda, o şaxtadadonsun. Və...

Hə, həyatın hərüzünü görə-görə, adamların hər sifətinə baxa-baxa və hətta bəzilərinin içinibelə oxuya-oxuya dua etməyin də öz ləzzətivar. Axı, Tanrı hər kəsə öz ürəyinə görə verir. Kiminsə cəhdindən, əməlindən,hətta oynadığı rollardan asılı olmayaraq, başqasının payını əlindən ala biləcəyinəheç bir inamım yoxdu. Bir məqamdan başqa. Yəni həmin o rol oynayanlar milçəkdənbaşqa bir şey deyil. Milçək də həmişə ürək bulandırır. Şükürlər ki, ürəkbulanmasının kifayət qədər dərmanı var. Onlardan biri də əhəmiyyət verməmək, eləmilçəyi milçək donunda da görməkdir. Yeri gəlmişkən, buradaca vurğulayım ki,bütün canlıların varlığı və xidməti Tanrıya məlumdu. Ona görə də mən, kiminsəhaqqına girmədən, hətta belə bir şeir də yazmışam:


Sözü küləyətapşır

Məni fələyətapşır...

Xatırlamaq istəsən–

Bir də ürəyətapşır...


Al əli, ələsaxla...

Əlində bələ,saxla...

Ruhuna yüksevgimi –

Könlündə hələ,saxla...


Bir telin ucunudüy

Bir qəlbin içiniduy...

Ürəyini ağrıtma–

Dözməsən dizinidöy!..


Xəyalı çəpər elə

Özünə təpər elə...

Təklikdən çıxmaqüçün –

Yol tap, bir təhərelə!..


Bil, daşı daşyeyəndə

Kipriyi yaş yeyəndə...

Bir udum dözüm gəlir–

"Ah” çəkib "kaş”deyəndə...

***

İnsan özdurumunu, öz gerçəkliyini və bir də içindəki sevgi və nifrəti göstərmək zorundadeyil. Yenə bir məqamdan başqa. Yəni artıq duyulmursa, hiss olunmursa,görünmürsə, onda hansısa bir formada öz haqqını göstərməyə məcbursan. Belə məqamdada görünməsə, onda qalır qarşı-qarşıya gəlmək. Bunu isə heç kimə arzu etmirəm. Ənyaxşısı sakit və anlayışlı şəkildə ömür payını yaşamaqdı. Doğrudur, mən birşeirimdə vurğulamışam ki:


Əllərimihovururam

Ürəyimiqovururam...

Mən ömrümüsovururam –

İstəklərim göyərmirheç...


Daş qaldırıb qumyayıram

Daşla daşışumlayıram...

Haqq önündəmumlayıram –

İstəklərim göyərmirheç...


Yumruq düyüb, dişisıxıb

Dərdlərin dədişi çıxıb...

Hərənin öz işiçıxıb –

İstəklərim göyərmirheç...


İtiribdi atımnalı

Atı, yoxsa satımnalı?

Bir özüməmatılmalı –

İstəklərim göyərmirheç!..

Bu şeirioxuyanda düşünməyin ki, talelə, baş verənlərlə barışmışam. Yox, sadəcə olaraq,mən bu misralarla gerçəyi işarələməyə, xatırlatmağa cəhd göstərmişəm. Təbii ki,siz hardasa bunu şair sözü də hesab edə bilərsiniz. Amma bütün hallarda mənimbildiyim gerçəyi kimsə mənə dansıda bilməz. Ən azından ona görə ki, baxışbucağı altında kimin nə boyda, nə qiyafədə olduğunu görmək qabiliyyətimi itirməmişəm.Və...

Bəli, qışhavalı, qış ovqatlı indiki anımda bir sözün işığını açıq şəkildə görürəm vəözümü o işığa tərəf can atan varlıq hesab edirəm. Ola bilsin ki, o gördüyümişıq deyil, ilğımdı. Amma hər nə olur olsun, indiki anımda mən onu işıqkimi qəbul etmişəm. Və bu işığın dagücünə bələdəm. O, həyat əlamətidi. Deyə bilərsiniz ki, bəs sən kimsən? Onda bumisraları oxuyun:


Mən bəlkə də heçkiməm

Bəlkə də sonuncu"ah”...

Bəlkə də bu dünyada–

Günahın özügünah!..


Əlim küləkdəntutub

Ayağım hava üstə...

Yer məni eləudub –

Gedir tay davaüstə...


Dözülməzdi tənhalıq

Dözülməzdi dörddivar...

Düşünün siz biranlıq –

Kimin lal, kar dərdivar?!


Bölüşmək çətinləşib

Qeyb olubdu istisöz...

Məni qüsul etməyin–

Məndən bezib –küsüb söz!...

Bütün yazı boyusağdan, soldan müəyyən məqamlara diqqət çəkmək istədim. Amma ən böyük istəyimAllaha və sevgimə olan inancımı ifadə etmək idi. Bunların hər ikisi yaşamağımın, ayaqdaolmağımın ən böyük ilhamçısı, ən böyük dəstəyidi. Mən hər ikisinə şükürlər etməkləüzümü suya tuturam. Yaşadığım Masazırda hələki su donmayıb. Ona görə də duamınsuya qarışıb aydınlığa çıxacağına şübhəm yoxdu. Duam isə bundan ibarətdir ki, hərkəs özü-özünü görə bilsin! Hər kəs özü özündə olsun! Və nəhayət, hər kəsin özüöz günahını yuya bilsin!..

P.S. Mən bütünhallarda Allahın qüdrətinə və Sevginin gücünə inanmaqla yaşadığım bu ömürdəgünahlarımın cəzasını çəkməyə həmişə hazıram. Və onu da bilirəm ki, cəzadanqaçmaq heç kimə qismət olmayıb. Sizə də günahsız və cəzasız ömür arzu edirəm.


TƏQVİM / ARXİV