adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Fevral 2020 17:00
8986
GÜNDƏM
A- A+

Baş Prokurorluqda kollegiya iclası keçirilib

Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, kollegiya iclasında Baş prokuror Zakir Qaralov hesabat məruzəsi ilə çıxış edib.