adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Fevral 2020 16:29
16180
DÜNYA
A- A+

Ən iri smartfon istehsalçısının rəhbəri istefa verdi

Dünyanın ən iri smartfon istehsalçısı, Cənubi Koreyanın "Samsung” şirkətinin Direktorlar Şurasının sədri Li San Hun istefa verib.

Adalet.az-ın məlumatına görə, o, həmkarlar təşkilatının işinə maneçilik törətmək ittihamı ilə cəzalandıqdan sonra vəzifəsini tərk edib.

Qeyd olunur ki, şirkət rəhbəri bir müddət əvvəl 18 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Bundan başqa, şirkətin 31 əməkdaşı da həmkarlar təşkilatına qarşı qanunsuz fəaliyyətdə ittiham olunub.