adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Sübutsuz danışanların ah-naləsi - Emin Piri yazır

26575 | 2020-02-18 09:14

Sevgi,məhəbbətin pulla, qiymətli əşya, hədiyyələrlə ekvivalenttutulduğu kapitalist bazarı 14 fevral seçkiləriyləmüqayisədə ikinci plana keçdi. Cəmiyyətkimi irəliyə doğru hansısa addım atdığımızı söyləyə bilərik. Bu bir neçə addımda ola bilər, yarım addım da. Əsas odur ki, məkləməkdən addımlamağa doğru yolala bilmişik. Ümid edək ki, gələcəkdə əsgər addımı kimi nizamlı, bir-birimizinsırasına mane olmadan "şaqat” olacaq.

MSK ən çox yaşlıbabaları, nənələri sevindirdi. Onun qərarları sayəsində kimlərsə nənəsini,babasını yalandan öldürməyə ehtiyac duymadı. Onsuz da bu namizədlərin bir çoxunənələrin əlini öpməklə gənc xanımların qısqanclığına səbəb vermiş, onlarıcavanlaşdırmışdı.

Ölkə prezidentiİlham Əliyev Kürdəmir səfəri zamanı seçkilər və bununla bağlı yanaşmalara özmünasibətini bildirdi. Nəticələr xalqın istəyinə uyğun olmasa etiraz edər. Bubəyanat öz nəticəsini göstərdi. Deməli, cəmiyyət kimi haqlarını istəmək, özhaqqını qorumaq lazımdır. Cəmiyyətin irəli getməyinin xalqın özündən aslı olması dahahansı dillə deyilməlidir və ya kimin dilindən? Necə ki, prezident də buqərarlara sayğı duyduğunu bildirir. Elə də oldu.

Hansı dairələrdədaha çox etiraz vardısa nəticəsi ləğv olundu. Rauf Arifoğlu –İqbal Ağazadəarasında sosial şəbəkədə ölüm-dirim savaşı kimi boy göstərən dairə, kəndlərdənqovulduğu deyilən Çingiz Qənizadənin qalib olduğu dairə, tez-tez köntöy sözləriyləgündəmə düşən Hadı Rəcəblinin dairəsi, seçkidən sonra təşəkküründə siyasi səhvəyol verən Hüseynbala Mirələmovun dairəsi...

Bu ləğv olunandairə sayı arta da bilərdi. Bu isə cəmiyyətin üzərinə düşən maariflənmə,haqqını düzgün, qanunverici formatda istəməyindən irəli gələn məsələdir. Sosialşəbəkələrdə faktsız, hay-küylü "yalandı”, "saxtadı” deməklə nəsə olmur.Yaradıcılığın kapitala çevrildiyi dünyada sən öz hay-küyünü sənədləşdirməlisən.Yoxsa işin Allaha qalıb.

Müşahidə aparsaqləğv olunan dairələrlə bağlı etirazlar həm iqtidarlı, həm müxalifətli sosialşəbəkələrdə birliyə səbəb olmuşdu. Demək,bəzilərinin düşündüyü kimi yaltaqlar erası deyil, həmin mərhələ öz dövrünü başavurub, üzərindən su da içilib. Hər müdirə yaltaqlıqdan daha çox səmimi sevgi,sadiqlik və etdiyi işi üz-gözünə bulaşdırmamaq lazımdır. Aşırı yaltaqlıq özünüvə yuxarını biabır etməkdən başqa bir işə yaramır. Bu həm də bəzi yaltaqlaramesaj idi. Öz işinizi normal görün, məni cəmiyyətin dilinə salmayın, vəssalam.

Seçkiaktivliyi

Cəmiyyət öztaleyinə necə yanaşdı və ya öz taleyinə, gələcəyinə yanaşması varmı? Seçkidəiştirakçı fəallığı 47.8 faizdir. Ölkənin qanunverici orqanına belə biganəlikgöstərən cəmiyyətin sonradan hansısa məsələdə özünü tam haqlı bilməsiabsurddur. Haqlı ola bilər, elə iştirakçı faizi kimi. Yarımhaqlı... Nəzərəalsaq, bəzilərinin dediyi kimi bu seçkidə ölülər də iştirak edib, kimlərsəkimlərinsə yerinə səs verib, bu iştirakçı faizində real mənzərə daha biabırçıola bilər. Azərbaycan olaraq öncə seçki mədəniyyətini özümüzdəformalaşdırmalıyıq. Əmin olun ki, bülleten sayına uyğun iştirakçı sayınıformalaşdırsaq, nə dediyiniz saxtakarlığa ehtiyac qalır, nə də topa atılanbülleten sayı qalır.

Ən azından dilibir qardaş ölkədə seçki mədəniyyətini nümunə gətirə bilərik. İnsanlar işyerindən icazə alır, İstanbuldan ta Anadoluya qədər bir bülleteni qutuyaatmaqçün gəlir. İnsanlar seçdiyi şəxsin məğlub və ya qalib olmasından aslıolmayaraq öz səsinə sahib çıxır. Hər şeydən öncə seçici siyahısında olanadımıza sahib çıxmalıyıq. O zaman digər məsələlər də öz həllini tapacaq.

Keçək sosialşəbəkələrdə söyülən müəllimlərə. Əlbəttə, oğurluq kimsəyə haqq qazandırmır vəbu əməl iyrənc bir şeydir. Bu səsoğurluğu olsun, ya da varidat,fərqi yoxdur. Bəndəniz də müəllimdir. Əminəm ki, nəMSK, nə də digər dövlət orqanları kimdənsə bülleten at deyə saxtakarlıq etməyitələb etmir. Bunu edən müəllimlər savadsız, gözü kölgəli olanlardı. Az qalanamizədlərçün riyakarca "fəallığını” gözə soxmaqçün özünü təklif edənşəxslərdir. Həmin insanlar istər müəllim olsun, istərsə digər sahənin şəxsləri.Harda olsalar, eyni adamlar olacaqlar. Çünki özlərini bazardakı kimi təklifedirlər.

Seçkilərlə bağlıbaş verənlər, videolar, çəkilişlər bir çoxunuza qəribə görünə bilər. Amma bütünbunları həm də müasir dövrün texnologiya inkişafına, sosial şəbəklərin az qalamedianı üstələmək gücünə bağlamaq lazımdır. Hər kəsin bloggerə, video-bloggerəçevrilməsiylə əlaqələndirsək yaxşı olar.

Bu seçkilərdədaha çox göz qamaşdıran isə namizədlər arasında, yazar-jurnalist tayfasınınçoxluğu idi.

İmza günündə5-10 nəfər toplaya bilməyən adamın mən seçilərdim deyə səsini başına atması,özünə səs verilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməyənlərinah-naləsi ayrı dərddir. Heç əsas səs toplayanların bu qədər səs salmasınıgörmədik. Yadıma düşmüşkən, buna uyğun bir əhvalatı nəql edim. Ceyranovçulardan qaçır, qurbağayla rastlaşır. Qurbağa da deyir bilmirəm, bunlar səngözəllə, mən gözəldən nə istəyir. İndi bu əhvalatdakı kimi adamı ən çoxyandıranlardan biri də belə şəxslərin küylə özünü "gözəl” namizəd saymasıdır.

Hər şey yaxşıolacaq, amma "Fransız” filmində deyildiyi kimi siz də xalq olun da...


TƏQVİM / ARXİV