FETOnun siyasi ayağı... - Yılmaz Özdil yazır

18443 | 2020-02-17 09:23

Samsunlu mərmər ustası öz dükanını reklametmək üçün bir lövhə asmaq əvəzinə, dükana bitişik olan tikilməkdə olan binadan istifadə edib. Üçmərətəbəlibinanın başına mərmər məzar qoyub.

Qazanc mənbəyi oldu!

Gələn-gedən əl açıb dua etməyə başladı.

Bir nəfər də çıxıb demədi ki, "ay qardaş,inşaatın başında qazanc mənbəyi nə gəzir?”….

Hətta başqa şəhərlərdən avtobuslarla ziyarətəgələnlər də oldu.

İstanbulun Kasımpaşa bölgəsində bir vətəndaş mirasqalan evini satışa çıxartdı.

Zəng vuranlara adresi başa salır, gedin, gəzin, evdəkirayənişin var deyirdi.

Ancaq görməyə gedənlərdən nə çıxrdı, nə də səda.

Sən demə, kirayədə qalan adam hamamdakı vannaya tabutyerləşdirib, üstünü də yaşıl örtüklə örtün, gələn adamlara da "bura türbədir”deyirmiş.

Üstəgəl, türbə olaraq təsdiqlənməsi üçün bələdiyyəyədə müraciət edibmiş.

Sonra dövlət qurumları məsələni araşdırıb, məlum olubki, orda türbə-zad yoxdu. Heç türbədeyilən şeyin torpaqla təması belə yoxdu, yəni evin zirzəmisi var.

Nəticədə, ev dəyərindən beş dəfə aşağı qiymətəsatıldı..

Marmarisdə illərdir din alimi Çağbabanın türbəsiolaraq tanınan piramida formasında olan məzar Karyalı qladiator Diaqorasınməqbərəsi çıxdı.

Hörmətli əhalimizin illərdir qladiyatora Quran xətmetdirdiyi məlum oldu.

İstanbulun Kartal bölgəsində baxçanın divarınaişəyənlərdən bezən bir vətəndaş baxçadakı ağacın dibinə ordan-burdan yığdığıdaşlarla məzar düzəltdi, başına küp qoydu, ağacın budaqlarına isə cır-cındırbağladı.

İşəyənlərin ardı-arası bıçaq kimi kəsildi.

Bir gecə bağçanın sahibi oyandı, gözlərinə inanabilmədi.

Üç adam baxçanı qazırdı.

Türbədə qızıl dolu küp axtarırdılar.

İspartalı çoban Muhittin Karakoyun yol kənarında birçuvalın içində gəlinlik paltarı, ətəyi və s. tapıldı.

Adam gəlinliyi götürüb Boğaz tərəfdəki ağaclarınbudaqlarına asdı. Sonra da qarşısına kim çıxsa, başladı gopa basmağa: Varlı biradam qızını evləndirmək üçün niyyət etmişdi, qızı evlənən kimi bu gəlinliyi,ətəyi gətirib ağaclara geyindirmişdi.

Bölgəyə axın başladı.

Həm gətirib ağaclara paltar asırlar, həm də paltarasdıqları ağaclara dua edirdilər.

Gördülər ki, vəziyyəti idarə etmək mümkünsüzləşir,gələnlərə "biz uydurduq, qəti inanmayın” deməyə başladılar. Amma çifayda…Uydurduqlarına inanırdılar, uydurmuş olduqlarına inanmırdılar.

Gələn Ciplərin, luks avtomobillərin sayı-hesabı yoxidi.

Bəs neyləsinlər? Heç olmasa, turizmdən qazanaq dedilərdə. İndi gələn hər adama "nəbadə gəlinliklərə əl vurasız, bir adam istədi ki,götürsün, anidən qeyb oldu, bir daha görən olmadı” deyirlər.

Fethiye Kayaköydə "Kiçik Qiyamət” filminin çəkilişləribaş tutdu.

Dekor olsun deyə qəbiristanlıq inşa edildi.

Çəkilişlər qurtardı, film nümayiş olundu, Ankara filmfestivalında mükafat aldı.

Qəbiristanlıq hələ də orda durur və türbəyə çevrilib.

Qədim Rum kəndi olduğu üçün kilsəsi var, ziyarətə gələnyerli turistlər həm kilsəni gəzir, həm də gəlmişkən Osmanlı qəbirlərindəkirəhmətliklərə dua oxuyur.

Mersində yaşayan bir vətəndaşımız sabah-birigünuşaqlarıma yük olmayım, bu boyda kədərin içində bir də bununla əlləşməsinlərdeyə ata yurdu olan Kahramanmaraşın Çiçək kəndindəki qəbiristanlıqdan özünə yeraldı, mərmərdən qəbrini hazırlatdı.

Ertəsi gün kəndə bir də baş çəkdi.

Boş məzar türbə çevrilib.

İçində cənazə olmayan məzarı bir ildə 35 min adamziyarət edib.

Bələdiyyəyə sədrliyə namizədlər türbədə poz verib,şəkil çəkdirib feysbuk səhifələrində paylaşıblar.

Yazıq uşaq universitetə qəbul olmaq istəyir. Doğruvariantları doldursun deyə qələmini götürüb türbənin divarına sürtürlər.

Müəllim olmaq istəyən sandığa təbaşir sürtür, memarolmaq istəyən pərgar sürtür.

Hətta həkim olmaq istəyənlər var ki,


Hər ramazan ayında on minlərlə insanımızınsirkə-çörəklə getdiyi Oruc Baba saxta çıxdı.

Bunu şəxsən nəvələri açıqladı.

Gerçək Oruc Babanın ziyarət edilən Şehreminidəkitürbəsində yox, Eyüpdə yatdığı ortaya çıxdı.

Çifayda… Kimə deyirsən?! Saxta Oruc Babanı ziyarətedənlərin sayı bir adam da olsun azalmadı.

Ankaranın Altındağ bələdiyəsi rəsmi qeydiyyatdaolmayan bir türbəylə rastlaşdı.

Türbənin 1993-cü ilə aid kitabəsi var idi. Qeybolmuş övliya Həzrəti İmam Əli Rzanın türbəsi olduğu yazılırdı.

Vətəndaş türbəni sökməsinlər deyə dirənirdi.

Mədəniyyət Nazirliyinə müraciət olundu.

Həzrəti İmam Əli Rza türbəsinin İranın Məşhədşəhərində olduğu ortaya çıxdı.

Altındağdakı saxta türbəni sökdülər, boş çıxdı.

Saxta türbəni polis nəzarətindən can qurtarmaq üçünnarkotik tacirlərinin tikdirdiyi və buranın alış-veriş məskəni olaraq istifadəolunduğu ortaya çıxdı.

Üç gün əvvəl... İzmirdə türbə zənnedilən otağı araşdırdılar, qəbir-zad yoxdu, sandıqlardan 400 illik əlyazmalarıçıxdı.

Türbə deyə dua edilən yerdən çıxan əlyazmalarınastronomiya, fəlsəfə, riyaziyyat və tibb elmlərinə aid olduğu bilindi.

Dövrünün Din İşləri üzrə naziriprofessor Ali Bardakoğlu açıqlama verdi…

"Hacılarımız Türkiyəyə karqo ilə zəmzəm suyugöndərməsin. Türkiyədən də zəmzəm suyu almasın, çünki Səuidiyyə Ərəbistanıhöküməti zəmzəm suyunun Səudiyyə torpaqlarından çıxarılmasına qəti icazəvermir, hacılarımızın Türkiyəyə göndərdiyi zəmzəm suları sərhəddə boşaldılır,Sərhəddi keçdikdən sonra yenidən doldurulur. İnsanlarımız zəmzəm suyu adı iləŞəkərpınar suyu içir. Hacılarımız aldadılır”.

Kimin vecinədi ki?!

Zəmzəm satışı bir faiz də olsun azalmadı.

Ümrə ziyarəti üçün müqəddəstorpaqlara gedən vətəndaşlarımı dəvə sidiyi içərək xəstəxanalıq oldu.

Soruşdular ki, niyə içmisiniz?

Dedilər, şəfa üçün...

Ramazan vəsiləsiylə iftar proqramına qatılıb "xocam,xeyirli Ramazanla, intihar edib özümü yandırmaq istədim, üstümə benzin tökdüm,orucum pozularmı?” deyə soruşan vətəndaş var bu ölkədə.

İstanbul boğazının Avropa hissəsində Qaradənizləbirləşdiyi nöqtədə Rumeli fənəri var.

O fənərin içində nə var, bilirsiniz?

Seyid məzarı...

İnanmayan getsin, öz gözləriylə görsün.

Qosqoca dünyada içində məzar olan bircə dənizfənəri var, o da bizdə.

Çünki 1856-cı ildə fransızlar tərəfindən inşaedilərkən divarı çökdü, yaşlı bir xala "orada məzar var, ona görə çöküb” dedi,hörmətli əhalimiz "hə, vallah, olsa-olsa elə olar” deyə təsdiq etdi, fənəritikməyi dayandırmaq istədilər, fransızlar baxdı ki, alınmayacaq, türbəyə bənzərbir şey tikdilər, sonra da ətrafını düzəldib fənər düzəltdilər.

Fetonun siyasi ayağı bax budur.



"Sözçü” qəzetindən

Dilimizə uyğunlaşdıran Eminquey

Redaksiyadan:

Bibiheybətdəyolun həm sağında, həm də solunda nəzir qutuları var. Pənah Hüseyn də rayondan gəlirmiş,maşını saxlayıb, düşüb sağdakı qutuya nəzirin atır. Geri qayıdıb maşına oturmaq istəyəndə yıxılır,bərk əzilir.

Buvaxt baxır ki, bir nəfər də həmin qutuya nəzir atır.

PənahHüseyn bunu görüb deyir:

- Qardaşo nəzir qutusu işləmir, soldakına at.

TƏQVİM / ARXİV