adalet.az header logo
  • Bakı 20°C
17 Fevral 2020 09:30
23966
ŞOU-BİZNES
A- A+

Nadir Qafarzadədən xalq artistlərinə atmaca: Gülüş “smaylik”ləri ilə...

"Instagram”ın "Show News” səhifəsində paylaşılan bir süjet müğənni Nadir Qafarzadəni yarızarafat, yarıciddi qıcıqlandırıb. Məşhur iki xalq artistinin-Brilliant Dadaşova ilə Röya Ayxanın bir-birinə tərif yağdırmasını birmənalı qarşılamayıb. O, "83 kilo idim, 75 kiloya düşdüm”yazaraq, paylaşılan videomaterialı şərh edib. Bununla da "ətinin töküldüyünü” vurğulayıb. N.Qafarzadə rəyini gülüş "smaylik”ləri ilə bəzəyib.

Nə baş verib?

Deməli, ARB TV-də yayımlanan "Show News” maqazin verilişində Brilliant Dadaşova ilə Röya Ayxanbir-birinə tərif yağdırıb.

Adalet.azxəbər verir ki, Brilliant xanımın:"Röyaya deyərdim ki, sən niyə belə şirinsən? Qənd qatıblar sənə?” sözləri gündəm olub.



Xalq artistinin bu tərifi R.Ayxanı dilə gətirib. R.Ayxan həmkarını çox sevdiyini bildirib:

"Mən çox rahat adamam. Biləndə ki, toyu Brilliant xanım aparır, məclisə 10-15 dəqiqə daha tez gedirəm. O qədər danışıram ki, axırda o məni gülə-gülə qapıdan qovur ki, səsim batdı,çıx. Bizim Brilliant xanımla çox gözəl münasibətimiz və dostluğumuz var. Yaxşı ki, belə sənətkarımız var”.

Qeyd edək ki, ötən günlərdə Röya və Briliantın arasında qalmaqal yaşanmışdı. Beləki, "3D" verilişində Dadaş Dadaşlinskinin Brilliant Dadaşovanın erməni musiqiçinin ifasına super yazmasına aşağıdakı fikri bildirmişdi:



"Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram. Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini və problemlərini çəkirəm. Hələ bu qədər əziyyət qarşısında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm. Fikrini deyib, sonra pozub"

Əntiqə Rəşid