adalet.az header logo
  • Bakı 7°C
17 Fevral 2020 09:36
41908
ŞOU-BİZNES
A- A+

Aktrisa Zümrüd Qasımova paylaşım etdi: Həyat yoldaşının...

Adalet.az xəbər verir ki, fotoda Zümrüdün həyat yoldaşı da yer alıb. Foto izləyicilərin marağına səbəb olub.

Aktrisa şəxsi həyatından əvvəllər mediaya açıqlamalar verərkən bildirmişdi:

"Həyat yoldaşımı çox sevirəm. O, hüquq-mühafizə orqanlarında işləyir. Tanışlığımız isə mənim "Gecə yarı" adlı veriliş apardığım dövrə təsadüf edir. Bizi ortaq dostlarımız tanış edib. Televiziyaya baxmağı sevmədiyindən, məni tanımadı. Sonradan biz mütəmadi olaraq ünsiyyət qurmağa başladıq. Etiraf edim ki, o, məni dərhal sevməyib. Amma mən onun dərdindən ölürdüm. Onu əldə etmək üçün 8 ay əziyyət çəkmişəm. Arxasınca qaçırdım, xahiş edirdim, yalvarırdım. Hər dəfə deyirdim ki, mən onun qismətiyəm və o, mənsiz yaşaya bilməyəcək. Nəticədə onu özümə aşiq etməyi bacardım. Baxmayaraq ki, çoxları bu münasibətə qarşı idi".

Aparıcı peşəsi üzündən indiyədək həyat yoldaşının ailəsi tərəfindən qəbul olunmadığını bildirib:

"Ailəsində məni istəmirdirlər. Çünki mən aktrisa idim, o, isə tanınmış dövlət məmurunun oğlu. Amma buna baxmayaraq, biz 8 ildir ki, evliyik. Atası biz tanış olmazdan əvvəl dünyasını dəyişib. Anası iilə danışmıram. Mənim üçün əsas odur ki, o, mənim yanımdadır".

Zümrüd ailə qurduqda toyunun olmamasını da etiraf edib:

"Mən həyat yoldaşımın ikinci xanımı olduğumdan, toyumuz olmadı. Biz sadəcə dövlət sənədlərinə imza atmışıq. Mənim üçün əsas onun mənim yanımda olmasıdır. İndiyədək xatırlayıram ki, nikah kəsdirməyə gedərkən çıxılmaz vəziyyətdə qalmışdıq, amma sonda münasibətlərimizi rəsmiləşdirmək qərarına gəldik".



Bu nikahdan övladının olmadığını deyən Zümrüd iki qız anası arzusunda olduğunu vurğulayıb:

"Xəstəliyimə görə, deyiblər ki, ana ola bilmərəm. Sonuncu dəfə hamilə qalanda, öyrəndim ki, bu, mənim həyatıma son qoya bilər, uşağı götüzdürdüm. Amma artıq daha yaxşıyam. Yoldaşımla bəzi problemləri həll etdikdən sonra bu barədə düşünəcəm. Ən böyük istəyim iki qız anası olmaqdır".

Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa xəstəliklə mübarizə zamanı həyat yoldaşının onu atıb getməsindən də söhbət açıb:

"İndiyədək xatırlayıram... İlk kimyəvi terapiyanı alanda saçlarım töküldü. O isə çıxıb getdi. 14 gün telefonu yandırmadı. Yanımda yox idi. Nə edəcəyimi bilmirdim. Necə mübarizə aparacağımı ağlıma gətirmirdim. Amma güc tapdım. O da qayıtdı. Mənə dedi ki, səni bu vəziyyətdə görə bilmirdim. Bütün bunları qəbul etmək üçün onun zamana ehtiyacı olduğunu söylədi. Düzünü deyim ki, bunu ona bağışlamadım və heç vaxt bağışlamayacağam"

Əntiqə Rəşid