Faiq QİSMƏTOĞLU: DÜYÜN

FAİQ QİSMƏTOĞLU
49454 | 2020-02-18 09:00

(Əvvəli burada)

... Milis rəisiDadaşovun bir çox ağır cinayətlərinüstünün açılmasında xidmətləri vardı. Belə ki, istər ağır cinayətlər olsun, istərsədə yüngül cinayətlər, onların əksəriyyətini Dadaşovun peşəkarlığı və yüksəkbiliyi nəticəsində operativ surətdə açılması onu göstərirdi ki, milis rəisi heçdə sıradan bir əməliyyatçı deyil. Ən azından cinayəti törətmiş şübhəli şəxslərrəisin kabinetinə gətiriləndə şübhəli şəxslər onun zəhmindən çəkinir, iç üzüaçılır və baş vermiş cinayəti törətdiklərinietiraf edirdilər. Əlbəttə, milisin, müstəntiqin və prokurorun peşəkarlığından,savadından çox şey asılı idi. Yəni bəzən hətta ekspert nəyisə gizləməyə çalışsabelə, peşəkar müstəntiq və milis rəisi onun qara fikirlərini öncədən duyur vəqabaqlayıcı tədbirlər görür.

Bir sözlə,Füzulidə baş vermiş bu ağır cinayətin üstünün açılmaması çoxlarını narahat edirdi. Milis rəisini və prokuroru ənçox düşündürən öldürülən şəxslə müttəhimlər arasında olan dava-dalaş və hədə idi. Çünkimüttəhimlərdən biri hadisədən bir neçə gün əvvəl Rüstəm kişiylə mübahisə etmiş,onun heyvanlarının örüş sahəsinə girdiyinə görə hədələmişdi. Müttəhimlərdənbiri demişdi ki, görərsən, səni qanına qəltan edəcəm. Bax, bu nüanslar rəisi vəprokuroru daha çox çaşdırırdı...

Hakimin atasıAbdulməcid kişi Dəvəçidən oğluna baş çəkməyə gəlmişdi. Tez-tez olmasa da,ayda-ildə bir dəfə Füzuliyə gələr, oğlugildə qalar və sonra da boş vaxtı olandaşəhərə çıxardı. Füzulinin havasıda, adamları da, Abdulməcid kişinin çoxxoşuna gəlirdi. Deyərdi ki, Dəvəçinin qəşəng bulaqları, içməli suları var. AmmaFüzulinin suyunun öz gözəlliyi, öz dadı-tamı var. Çay içən olduğuna görə,Füzulidəki çayxanalara gedər və orda xoruzquyruğu çay içə-içə özü kimi yaşlıinsanlarla söhbət eləyərdi...

Abdulməcid kişixırda addımlarla Füzuli şəhərindəki mədəniyyət evinin yanında olan çayxanaya gəldi.Heç kim də bilmirdi ki, o, hakimin atasıdı.Masanın arxasında özü kimi üç-dörd yaşlı adam əyləşmişdi. Və o adamlarınheç birini tanımırdı. Daha doğrusu, üzdəntanısa da, adlarını bilmirdi. Və istəmirdi ki, hansısa masada tək əyləşib çayiçsin. Ancaq çayçı Rəşid Abdulməcid kişinin hakimin atası olduğunu bilirdi.Abdulməcid kişi çay masasının arxasında olan adamlara salam verdi. Və onlar daağsaqqalının salamını alıb masanın arxasında əyləşməyi təklif etdilər. Abdulməcidkişi özü yaşda bir adamın yanındakı stolda əyləşdi. Çayçı Rəşid iki daşınarxasında onu görüb masaya yaxınlaşdı. Təzə dəmlənmiş çayniki masanın üstünəqoydu və sonra da dilləndi:

- Ağsaqqal,Füzuliyə xoş gəlmisən! Başqa bir sifarişiniz varsa, deyin, gətirim!

Abdulməcid kişi:

- Oğul, çox sağol, elə mən hər dəfə gələndə, bu çayxanada əyləşib sənin dəmlədiyin çaydan içəndələzzət alıram.

Çayçı Rəşidarmudu stəkana çaynikdən çay süzdü.Çayın ətri Abdulməcid kişinin çox xoşuna gəldi. Bir neçə qurtum çaydan içib bəh-bəhelədi. Dedi ki, bu çayın özgə ləzzəti var!

... Armudu stəkanlaraçay süzən Rəşid kişiyə tərifli sözlər çox ləzzət elədi. O qədər ləzzət elədiki, çöhrəsində bir təbəssüm də yarandı:

- Ağsaqqal, çoxsağ ol ki, mənim dəmlədiyim çaya belə qiymət verirsən. İndi çayçı çoxdu ey, yaxşı çay dəmləyənazdı. Çayçı var ki, bir dəfə gedibçayını içirsən, görürsən ki, dadı-tamı yoxdu, bir də ora üz tutmursan. Gərəkçay da şay ola da! Mənim dəmlədiyim çayın hamısı hind çayıdı. Rayponun müdiriözü çayı mənə verir. Çünki onun özü də tez-tez bura gəlir, hind çayından dəmlənmişçay içir...

Çayçı Rəşid çoxfərasətli və bacarıqlı adam idi. Və hər adama da çaynikdə çay verməzdi. Sankibir sehrbaza bənzəyirdi. Dörd-beş və bəzən də artıq armudu stəkanları dəmlədiyiçayla doldurar və bir-birinin üstünə qoyub masanın üstünə gətirərdi. Bəzən ağzıdinc durmayanlar deyərdi ki, ay Rəşid kişi, özün bir yana, çay dolu stəkanlarıaşırarsan, bizi yandırarsan.

Çayçı Rəşid dəsöz altında qalmazdı:

- Hələ Füzulidəbir adam deyə bilməz ki, mən əllərimdə armudu stəkanda çay apararkən salıbsındırmışam. Çünki hərənin bir işi var, mənimki də çayçılıqdı. Əgər Füzulidə mənimkimi çay dəmləyən varsa, çıxsın ortaya o da çay dəmləsin, mən də! Görəkhansımızın dəmlədiyi çay çamaatın xoşuna gələcək.

Masanınarxasında əyləşən adamlar isə bir ağızdan:

- Rəşid kişinindəmlədiyi çaydan ola bilməz. Çay dəmləyən çoxdu. Amma onun əlinin duzu heçkimin xətrinə dəyməsin, Füzulidə heç bir çayçıda yoxdu. O günü raykomun birincikatibinin yanında bir rus generalı da vardı. Onlar gəlib Rəşidin dəmlədiyiçaydan içirdilər.

Abdulməcid kişiçay süfrəsi arxasında özü yaşda olan ağsaqqallarla şirin söhbət eləyirdi. Camaata elə qaynayıb qarışmışdı ki, onlar heçbilmirdilər bu kişi Dəvəçidən gəlib, yoxsa Füzulinin özündəndi. Deyəsən,masanın arxasında olan yaşlı kişilərdən biri hiss etmişdi ki, o qonaqdı. Bunuda açıb-ağartmırdı. Çayçı Rəşid yenidən qaça-qaça onların masasına yaxınlaşdı.Gördü ki, bayaqkı çaynikdə çay qalmayıb.Yenidən ora bir çaynik çay gətirdi və yenidən masanın üstündəki boş armudu stəkanlarapürrəngi çay süzdü. Və yenidən başını qaldırıb Abdulməcid kişiyə baxdi:

- Ağsaqqal,qadan alım, tay nə lazımdı, deyin, gətirim?!

Abdulməcid kişi:

- Oğul, çox sağol, heç nəyə ehtiyac yoxdur.

Çayçı Rəşid dəelə ağzıyırtıq adam deyildi. Və heç kimə bildirmədi ki, o masanın arxasında əyləşənağsaqqal kişi hakimin atasıdı. Çünki Abdulməcid kişi də öz sadə geyimi,davranışı və səmimi münasibətilə çay süfrəsi arxasında heç kimdən seçilmirdi vəheç seçilmək də istəmirdi...

... Bir saatdansonra Abdulməcid kişi oturduğu stuldan ayağa qalxdı, yanındakı tay-tuşları iləsağollaşıb oğlunun qaldığı evə sarı getdi. Hakim Məmməd Kərimovun yaşadığı mənzilelə məhkəmənin binası ilə qonşuydu. Oğlu evdə yox idi. Gəlini Zöhrə xanımlasöhbətləşdi, nəvələri onu əhatəyə aldı. Bir az zarafatlaşdılar, bir az söhbətelədilər, axırda da Abdulməcid kişi keçdi yataq otağına...

Oğlu evə gələndəAbdulməcid kişi ona dedi:

- Oğul, bucamaat çox mehriban, səmimi insanlardı. İnan Allaha, mənim kim olduğumubilmirdilər. Ancaq görürdüm ki, qonağa-qaraya çox böyük hörmətlə yanaşırlar.Bax, sənə deyirəm ha, bu camaatın halal haqqını heç vaxt başqasına vermə.Günahsıza cəza, günahlıya isə cəzasızlıq olmasına şərait yaratma. Elə et ki,camaat sənə yuxarıdan aşağı baxmasın və deməsin ki, hakim harınlamış adamdı.

Təbii ki, hakimMəmməd Kərimov da atasının öyüd-nəsihətini yadda saxlayırdı. Üstəlik də o heçvaxt haqqı-nahaqqa verən hakimlərdən deyildi.Və həmişə də çalışardı ki, məhkəmə istintaqında ədalətli hökm çıxarsın. Ədalətiqorumaq isə elə də asan deyildi. Çünki haqq-ədaləti bərpa etməküçün nə qədər adamla kəllə-kəlləyə gəlməli, onları inandırmalı, müxtəlif təyziqvə şantajlarından çıxış yolu tapmalıydın. Belə anlarda hakim Məmməd Kərimov çoxsəbrli olur və başqaları kimi əsəbləşib özündən çıxmazdı. O həm Allahı çoxsevirdi, həm də qanunların aliliyini...

Məhkəməbinasının yanında yolun solunda bir yeməkxana da vardı. Elə rəis də, prokurorda, hakim də çox vaxt burda səhər və nahar yeməyini yeyərdilər. Onlardan savayırayonun çox sayılıb seçilən və pullu kişilərindən olan Tiflis Ağayev, İsgəndərOrucov və Aydın Cəfərov da tez-tez bu yeməkxanada görünərdi. Onlar da elə-beləadamlar deyildi ha, rayonun yiyəsi hesab olunurdular. Yəni onların dedikləriniraykom da, hüquq-mühafizə orqanlarının işçiləri də həmişə eşidirdi. Çünki onlarhəm də rayonun ağsaqqalları sayılırdı. Əgərbir kimsənin düzəlməyən, çətin işi vardısa, o dəqiqə həmin ağayana və ağsaqqalkişilərdən birini tapardılar. Ümumiyyətlə, o kişilər həm pul qazanan kişiləridi, həm də camaata çörək verən.

Bir dəfə də buimkanlı kişilər bir masanın arxasında nahar edəndə bir-birindən soruşdular ki,balam, bu sudya nə vaxtdı gözümüzə dəymir?! Ağsaqqallardan biri dilləndi ki,sudyanın başı möhkəm qarışıqdı. Bir cinayət işi var, hələ də onun istintaqınıbitirməyib. Özü də deyəsən prokuror və rəislə sözləri düz gətirməyib. Nə rəis,nə prokuror, nə də sudya pis adam deyil ha. Adamın Allahı var, onlar camaatıyola verən adamlardılar...

Hakim Məmməd Kərimovməhkəmə prosesini artıq başa çatdırmışdı. Prokuror da müttəhimlərə 13 il cəzaistəmişdi. Elə fasiləyə də ona görə çıxmışdılar ki, hakim cinayət işini başaçatdırdıqdan sonra məhkəmənin hökmünü hazırlasın və gəlib salonda müttəhimlərləbağlı çıxardığı hökmü oxusun.

Artıq məhkəməninhökmü hazır idi. Məhkəmə icraçılarından biri ucadan dedi:

- Qalxın, məhkəmə gəlir!.

Salondakılarhamısı ayağa qalxdı...

(Ardı var)


TƏQVİM / ARXİV