adalet.az header logo
  • Bakı 21°C
14 Fevral 2020 12:01
9105
GÜNDƏM
A- A+

ETSN-də İsrailin yeni səfiri ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ETSN-dən Adalet.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və İsrail Dövləti arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.