adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
14 Fevral 2020 10:41
30901
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: Dözülməzlik

Mən , bəlkə də heç kiməm
Bəlkə də sonuncu ah...
Bəlkə də bu dünyada -
Günahın, özü günah...

Əlim küləkdən tutub
Ayağım hava üstə...
Yer məni , sanki , udub -
Gedəcək dava üstə?!.

Dözülməzdi tənhalıq,
Dözülməzdi dörd divar...
Düşünün siz, bir anlıq -
Kimin lal, kar dərdi var?

Artıq çətinləşibdi,
Qeyb olubdu isti söz!..
Məni qüsul etməyin,
Məndən bezib - küsdü söz!