adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Fevral 2020 16:43
22866
İDMAN
A- A+

"Qarabağ"da 100-dan çox uşağa baxış keçirdi

"Qarabağ" yeni layihəyə start verib.

Adalet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın akademiya heyəti bu gün Müşfiqabad qəsəbəsində olub. Akademiyanın məşqçi heyətinin iştirakı ilə 100-dən çox uşağa baxış keçirilib.

Klub bu layihəni reallaşdırmaqla komandaya və Azərbaycan futboluna yeni adlar qazandırmağa çalışdığını vurğulayıb. Bu layihənin digər bölgələrimizdə də keçiriləcəyi bildirilib.