adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Fevral 2020 14:58
66248
HÜQUQ
A- A+

Nazarbayev xaricdən sığınacaq istədi

Adalet.az xarici KİV-lərə istinadən bildirir ki, Qazaxların milli lideri Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan sığınacaq istəyib. Bu barədə o öz Facebook statusunda məlumat yayıb. A. Nazarbayev ingilis hökumətinə müraciətində bu addımını ailəsi tərəfindən ciddi təzyiqlərə məruz qalmasıyla izah edib. Milli liderin nəvəsi daha sonra bildirib ki, Rusiya və Qazaxıstan hökumətləri arasında iri miqyaslı korrupsiya faktları haqqında məxfi məlumatlara malikdir.

Xatırladaq ki, Aysultan Nursultan Nazarbayevin böyük qızı Dariqayla onun keçmiş və hazırda mərhum həyat yoldaşı Rahat Əliyevin oğludur. Vaxtilə Qazaxıstanda yüksək vəzifələrdə çalışan Rahat Əliyev sonradan hakim ailəyə dönük çıxdığı üçün təqiblərə məruz qalmış və Vyana həbsxanasında müəmmalı şəkildə ölmüşdü. Aysultan isə Sandxerstdə Kral Hərbi Akademiyasında təhsil almış, bir müddət Qazaxıstanın müdafiə nazirliyində, daha sonrasa futbol federasiyasında çalışmışdı.

Aysultan Nazrbayev keçən ilin oktyabr ayında Londonda polisə müqavimət göstərdiyi, bir polis işçisinin isə bədənini dişlədiyi üçün həbs edilmişdi. Həmin vaxt o, narkotik maddənin təsiri altında olmuşdu. Məhkəmə ona 18 aylıq sınaq müddəti vermiş, bundan əlavə məcburi müalicəyə göndərmiş, ictimai işlərə cəlb etmiş və cərimələmişdi.