adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Fevral 2020 14:10
9909
MƏMLƏKƏT
A- A+

Bakıda 450-dən artıq avtobusun hərəkətinə mane olan parklanma aradan qaldırılıb

İctimai nəqliyyatın sərbəst hərəkəti və nəqliyyat axınının fasiləsizliyini təmin edilmək məqsədi ilə Qara Qarayev prospektində qanunsuz parklanmaya qarşı mübarizə tədbirləri gücləndirilib. Görülən tədbirlər nəticəsində, prospektdə əvvəllər pik və qeyri-pik saatlarda nəqliyyatın hərəkətində müşahidə edilən nizamsızlıq aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyindən Adalet.az-a verilən məlumata gör, nəqliyyat vasitələrinin qadağan olunan yerdə park edilməsi Qara Qarayev prospektindən keçən 30 müntəzəm marşrut xətti üzrə 450-dən artıq avtobusun hərəkət intervalına ciddi şəkildə mənfi təsir göstərir. Bəzi sürücülər şəxsi minik avtombillərini dayanacaq məntəqəsində saxlayırlar ki, nəticədə sərnişinlərin avtobusdan istifadəsi çətinləşir və onların həyatı üçün təhlükə riski yaranır.

Dayanma və durma qaydalarının pozulması səbəbindən, gün ərzində prospekt boyunca avtomobillər daha çox sıxlıqda dayanır ki, bu da atmosferin daha çox çirklənməsi deməkdir.

Məlumat üçün bildiririk ki, qanunsuz parklanma halları axşam saatlarında Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrində yerləşən şadlıq sarayları və digər iaşə obyektlərinin qarşısında da müşahidə olunur.

Bunu nəzərə alaraq bir daha sürücülərə yol hərəkəti qaydalarına o cümlədən dayanma və durma qaydalarına əməl etməyi, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağı xahiş edirik. Tövsiyə edirik ki, sürücülər ancaq nəzarət tədbirləri zamanı deyil daim yol nişanlarının tələbini əsas götürərək müəyyən olunan qayadalara əməl etsinlər.