adalet.az header logo
  • Bakı 7°C
13 Fevral 2020 12:19
27242
İDMAN
A- A+

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib.

Adalet.az-ın məlumatına görə, təbriklə bağlı edilən paylaşımda deyilir:

"İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilənAvropaçempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni vəİslamAbbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!"


Xatırladaq ki, İtaliyanın paytaxtı Romada keçirilənAvropaçempionatında yunan-Roma güləşi üzrə milli komandamız tarixində ilk dəfə rekord sayda - 6 medal qazanıb. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrəkAvropaçempionu olublar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) vəİslamAbbasov (87 kq) isə üçüncü yeri tutublar. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq komanda hesabında ikinci olub.