adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
14 Fevral 2020 09:24
19969
ŞOU-BİZNES
A- A+

İvana Sərt profillərini dəyişik saldı - Biabır oldu...

Son günlər Türkiyə mediası serbiyalı moda məsləhətçisi İvana Sərtin Azərbaycanda fəaliyyətə başlamasından çox yazır.

Bir çox populyar saytlar onun müğənni Roza Zərgərli və model Rüstəm Cəbrayılovla eyni yarışmada yer alacağını qeyd edir.

"Mayda ARB TV-də yayıma başlayacaq yarışma üçün Bakıya gedib Sərt media nümayəndələri ilə görüşüb. Tədbirdə İvananı Roza Zərgərli və "Best Model of the World 2007" qalibi Rüstəm Cəbrayılov da tək qoymayıb”, deyə yazıda vurğulanıb.

Münsif kürsüsündə oturacaq İvana "Realiti şou 18 gün davam edəcək. Qazanan iştirakçılara şanslar yaradılacaq" deyə, açıqlamasında söyləyib. Bəli, bu İvana Sərtin görünən və bilinən tərəfi, məşhur imicidir.

İndi isə Türkiyə mediasına dünən yansıyan modeldən söhbət açacağıq. 

Adalet.az xəbər verir ki,  məşhur modelyer sosial şəbəkədəki paylaşımı ilə biabır olub. Saxta hesabına keçməyi unudan məşhur modelyer öz şəklinə "Qəlbi qədər özü də gözəl, canım dostum İvana Sərt” şərhini yazıb.

Bu paylaşımı görənlər isə modelyerin səhvən öz hesabından yazdığınıanlayaraq, onu lağa qoyublar.

Qeyd edək ki, 32 yaşlı İvananın sosial şəbəkədə 5 mindən çox izləyicisi var.

Əntiqə Rəşid