adalet.az header logo
  • Bakı 20°C
12 Fevral 2020 17:39
6927
HADİSƏ
A- A+

Əmircan sakini heroinlə saxlanıldı

Əmircan qəsəbə sakini R.Abdullayevin evindən 440 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini R.Abdullayevin evindən 440 qramdan artıq heroin aşkar edilərək götürülüb.