adalet.az header logo
  • Bakı 7°C
12 Fevral 2020 14:00
20045
DÜNYA
A- A+

Ərdoğanla Putin İdlibi müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Adalet.az xəbər verir ki, Türkiyə tərəfinin təşəbbüsü əsasında baş tutan telefon danışığı zamanı Suriya böhranı diqqət mərkəzində olub.

Tərəflər Soçi razılaşmasının tam şəkildə yerinə yetirilməsinin vacibliyini qeyd ediblər.

Prezidentlər İdlib ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı aidiyyəti qurumlar arasında əlavə təmasların yaradılmasına dair razılaşıb. Habelə məsələ ilə əlaqədar aidiyyəti qurumların əməkdaşlığının davam etdirilməsinə qərar verilib.